Ukrayna dronları Krımın hərbi aerodromuna hava zərbələri endirdi - 3 HELİKOPTER, BİR ZENİT-RAKET SİSTEMİ MƏHV EDİLDİ
VİDEO

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) iyunun 28-nə keçən gecə Krımdakı Kirovskoye hərbi aerodromuna hava zərbələri endirib, Rusiyanın 3 helikopteri və “Pantsir-S1” sistemi məhv edilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə UTX-nın mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, aviasiya komponentinin, hava hücumundan müdafiə sistemlərinin, silah-sursat anbarlarının, eləcə də düşmənin kəşfiyyat və pilotsuz hücum təyyarələrinin yerləşdirilmə sahələrinə hava zərbələri endirilib.

 

Mövcud məlumatlara görə, əməliyyat nəticəsində UTX Rusiyanın Mi-8, Mi-26 və Mi-28 tipli üç çoxməqsədli və hücum helikopterini, həmçinin “Pantsir-S1” özüyeriyən zenit-raket və silah sistemini məhv edib.

 

Gecə saatlarında Krım hərbi aerodromunda ikinci dərəcəli partlayış baş verib.

 

"UTX sistemli şəkildə Rusiya Federasiyasının Ukrayna ərazisinə hava zərbələri endirmək imkanlarını azaltmağa çalışır. İşğalçılar başa düşməlidirlər ki, onların bahalı hərbi texnikası və sursatları heç bir yerdə mühafizə olunmur: nə döyüş təmas xəttində, nə müvəqqəti işğal olunmuş ərazilərdə, nə də düşmən xəttinin dərinliklərində", - deyə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.