Liderlərin şam yeməyində Rusiya söhbəti:
AVROPALILAR TRAMPI YOLA GƏTİRƏ BİLMƏDİLƏR

“Ötən həftə NATO liderlərinin Haaqada qapalı şam yeməyində Avropa ölkələrinin rəhbərləri ABŞ Prezidenti Donald Trampa Rusiyaya qarşı daha sərt mövqe tutması üçün təzyiq göstərsələr də, o, tərəddüd içində qaldı”.

 

Bunu Çexiya Prezidenti Petr Pavel “CNN Prima NEWS”a müsahibəsində deyib.

 

“Onunla ayrı-ayrı və birlikdə danışdıq, onu Rusiyaya iqtisadi təzyiqi əhəmiyyətli dərəcədə artırmağın vaxtı gəldiyinə inandırdıq”, - o, Niderland Kralı Villem-Aleksandr və NATO baş katibi Mark Ruttenin də iştirak etdiyi nahar söhbəti barədə bildirib.

 

Pavelin sözlərinə görə, məqsəd Rusiyanın iqtisadi çöküşünə səbəb olmaq deyil, bu, onların maraqlarına da uyğun deyil: “Sadəcə Rusiya anlamalıdır ki, danışıqlara alternativ yoxdur. Tramp bu barədə indiyədək təmkinli olub, amma bunun çox təsiredici alət olduğunu başa düşür”.

 

ABŞ lideri şam yeməyində yüksək tariflərin Çinin mövqeyini dəyişməyə məcbur etdiyini söyləyəndə Çexiya Prezidenti bu arqumentdən istifadə edərək təkidlə qeyd edib: “Dedim: baxın, indi Rusiyaya qarşı məhz bu cür qətiyyətli yanaşma lazımdır. Çin bunu bir ay ərzində hiss edibsə, Rusiya iqtisadiyyatı bir-iki həftəyə hiss edəcək”.(Teleqraf)

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.