Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun “erməni kilsəsinə hücumlar narahatlıq doğurur” açıqlamasına cavab verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, həmkarını ölkəsinin daxili işlərinə qarışmamasına çağırıb.
“Hörmətli həmkarım Sergey Lavrovun həmin şərhi ilə qısaca tanış oldum. Səhv etmirəmsə, cənab Lavrov “hakimiyyətin kilsəyə qarşı mübarizəsi” ifadəsini işlədib. Cənab Lavrovun məlumatı yanlış və natamamdır. Bu, hüquqi prosesdir və Ermənistan Respublikasının daxili işidir. Cənab Lavrovun Ermənistan Respublikasının daxili işlərinə və daxili siyasətinə qarışmaması daha yaxşıdır”, - nazir qeyd edib.
Mirzoyan Lavrova xatırladıb ki, Ermənistanın aidiyyəti qurumları dövlət çevrilişinə cəhddə ittiham olunan bir neçə din xadimini həbs edib ki, bu da onun daxili işidir, başqa dövlətə heç bir aidiyyəti yoxdur.