Ermənistanın baş naziri Nikol Paşinyan yenidən bütün ermənilərin katalikosu II Qareginin istefasını tələb edib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
"Erməni Apostol Kilsəsinin bütün evli keşişləri, o cümlədən mənfi bəyanatlar verənlər mənim qardaşlarımdır, çünki siz nə insanları, nə də Allahı aldadırsınız. Əgər Ktriç Nersisyan patriarxlığı tərk etməsə, hamılıqla onu uzaqlaşdırmalıyıq. Niyə pozğun "rahib" sizin üzərinizdə dominantlıq və rəhbərlik etməlidir, bir halda ki bu hüququ yalnız təhqir etdiyi subaylıq andı vasitəsilə əldə edibsə?", - baş nazir keşişlərə müraciət edib.