Gürcüstan Prezidenti həbsdə olan müxalifət liderlərinə müraciət etdi

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili hazırda həbsdə olan müxalifət partiyalarının liderlərinə müraciət edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkə başçısı bununla əlaqədar bəyanat yayıb.

 

Bəyanatda deyilir ki, həbsdə olan siyasətçilər əfv olunmaları və oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcəklərini bəyan etsələr, onların barəsində amnistiya aktı imzalayacaq.

 

Prezidentin bəyanatında deyilir: "Dörd aydan sonra, oktyabrın 4-də Gürcüstanda 64 bələdiyyə üzrə mer və yerli idarəetmə orqanlarının üzvləri seçiləcək. Seçkilərdə Gürcüstan qanunvericiliyinə görə qeydiyyatdan keçmiş və seçkilərdə iştirak istədiklərini bildirən bütün siyasi partiyaların iştirakı önəmlidir. Bütün siyasi partiyaların seçki kampaniyalarını aparmaları üçün imkanlar olmalıdır".

 

Qeyd edək ki, iyunun 23-dən bu günədək Gürcüstanın aparıcı müxalifət partiya və birliklərinin liderləri 7 və 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.