Ərdoğan Öcalanla görüşən DEM partiya nümayəndələrini qəbul etdi - VİDEO

Prezident Rəcəb Tayyib Ərdoğan kürd yönümlü DEM Partiyasının üzvləri - Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini və deputat Pərvin Buldan ilə Şanlıurfadan seçilmiş deputat Mithat Sancarı Prezident sarayında qəbul edib. 

 

Senzor.az bildirir ki, görüşdə AK Partiyasının sədr müavini Efkan Ala və Milli İstihbarat Təşkilatının sədri İbrahim Kalın da iştirak ediblər.

 

Görüş bir saatdan çox davam edib. Türkiyə liderinin administrasiyası görüşün nəticələrinə dair hələ rəsmi məlumat yaymasa da, ekspertlər bu qənaətdədirlər ki, əsas müzakirə mövzusu respublikada qadağan edilmiş PKK terror təşkilatının tərksilah edilməsi prosesi olub.

 

Öz növbəsində, DEM Partiyasından bildiriblər ki, onun həmsədrləri Pervin Buldan və Mithat Sancar Türkiyə Prezidentinə PKK-nın tərksilah edilməsi prosesi ilə bağlı öz təkliflərini veriblər.

 

Partiyanın görüşlə bağlı bəyanatında isə deyilir ki, Öcalanın “sağlamlığı və əhvalı yaxşıdır” və sülh prosesinin “yeni mərhələyə qədəm qoyduğuna” inanır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.