Hüquq-mühafizə orqanları "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin binasında əməliyyat keçirir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə şirkətin nümayəndəsi Natalya Saracyan məlumat verib.
"Bizim iş günümüz saat 09:00-da başlayır. Onlar daha tez gəliblər, binaya daxil olublar və heç kimi içəri buraxmırlar", - nümayəndə deyib.
Daha əvvəl iş adamı Samvel Karapetyanın qardaşı oğlu, "Ermənistan Elektrik Şəbəkələri"nin direktorlar şurasının sədri Narek Karapetyanın evində axtarışların aparıldığı məlum olub.
Xatırladaq ki, qurumun ofisində iyunun 2-də də axtarışlar aparılıb. Bundan sonra xüsusilə iri məbləğdə pulların yuyulması və vergilərdən yayınma maddələri ilə cinayət işi açılıb. İstintaq çərçivəsində şirkətin dörd əməkdaşı həbs edilib.
Qeyd edək ki, "Taşir" Qrupunun rəhbəri Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilib. Bundan dərhal sonra hakimiyyət S.Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilmək barədə qərarını elan edib. Parlament müvafiq qanunu qəbul edib.