Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul üzrə sədri Özgür Çelik istintaq orqanı tərəfindən ifadə verməyə çağırılıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Belə ki, İstanbul Prokurorluğu CHP İstanbul ofisinin başqanlığına son seçkinin saxtalaşdırılması ilə bağlı apardığı araşdırma çərçivəsində Ö.Çeliki prosesə qanunsuz müdaxilədə ittiham edir.
İstintaq hesab edir ki, Ö.Çelikin hərəkətləri siyasi partiyalar haqqında qanuna ziddir. Ö.Çeliklə yanaşı, qanunsuz fəaliyyətdə şübhəli bilinən daha 10 nəfər ifadə verməyə çağırılıb.