Viktor Orban Ursula fon der Lyayeni İSTEFA VERMƏYƏ ÇAĞIRDI

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayeni onun barəsində irəli sürülmüş korrupsiya ittihamı ilə bağlı istefa verməyə çağırıb.

 

Bu barədə Orban özünün "X" hesabındakı paylaşımında yazıb.

 

Orban bu nəşri fon der Lyayenin portreti ilə müşayiət edərək üzərinə "Getmək vaxtıdır" yazıb.

 

İyulun 10-da Strasburqda AK rəhbərinə etimad səsverməsi keçiriləcək.

 

Oxu.az xatırladır ki, Macarıstanın Baş naziri uzun müddətdir ki, Avropa İttifaqının hazırkı rəhbərliyini, o cümlədən onun miqrasiya, Ukraynadakı münaqişə, Rusiyaya qarşı sanksiyalar, eləcə də birliyin Çin və ABŞ ilə iqtisadi münasibətləri ilə bağlı siyasətini sərt tənqid edir.

 

Avropa Parlamentində fon der Lyayenə etimadla bağlı səsvermənin keçiriləcəyinin səbəbi, ilk növbədə, pandemiya zamanı Avropa İttifaqının klinik sınaqlardan keçməyən COVID-19 peyvəndi alması ilə bağlı ona qarşı irəli sürülən ittihamlar olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.