ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyinə söz verib.
ABŞ Prezidenti bu barədə "BC News" telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm", - o deyib.
Amerika lideri qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı bilgi verməkdən imtina edib. "Rusiya ilə bağlı məyus oldum. Önümüzdəki bir neçə həftə ərzində nə olacağını görəcəyik", - Tramp əlavə edib.