Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreya lideri Kim Çen Inla görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz Teleqram kanalında məlumat yayıb.
“Sergey Lavrovu Koreya Xalq Demokratik Respublikasının dövlət məsələləri üzrə sədri Kim Çen In qəbul edib”, - məlumatda bildirilib.
Kim Çen In həmsöhbəti ilə əl sıxarkən, “Son görüşümüzdən bir il keçdi” deyib.
“Bəli” deyə Lavrov təsdiqləyib “Və hələ sən də, mən də siqaret çəkirik”, - deyə vurğulayıb.
Görüşün Vonsan şəhərində baş tutduğu qeyd edilir.