Azərbaycanəsilli hərbi qulluqçu Əminə Mehdiyeva Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olub.
Oxu.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan soydaşımız Anar Natiqoğlu sosial şəbəkədə paylaşım edib.
Məlumata görə, 1982-ci il təvəllüdlü sanitar təlimatçısı Əminə Əli qızı Mehdiyeva iyulun 9-da Dnepropetrovsk vilayətinin Sinelniki rayonunun Novopavlivka qəsəbəsi ərazisində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.