Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Kilid" əməliyyat bölgəsində terrorçulara aid yeni mağara aşkar edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 1800 metr uzunluğunda olan mağara 33 otaqdan ibarətdir.
"Yararsız hala salınan mağarada silah-sursat və məişət əşyaları ələ keçirilib", - məlumatda qeyd olunub.