Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı, iyulun 16-da İdman-Konsert Kompleksində mətbuat konfransı keçirəcək.
Senzor.az bildirir ki, tədbir yerli vaxtla saat 12:00-da başlayacaq.
Paşinyanın əvvəlcə əsas siyasi və sosial-iqtisadi məsələlərlə bağlı çıxış edəcəyi gözlənilir. Sonra isə baş nazir jurnalistlərin suallarını cavablandıracaq.
Xatırladaq ki, Paşinyanın bundan əvvəlki mətbuat konfransı martın 12-də keçirilmişdi.