Avropa İttifaqı Gürcüstanla bağlı qərar qəbul edə bilmədi

İyulun 15-də Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlər Şurası Gürcüstanla bağlı vizasız gediş-gəliş məsələsini müzakirə edib.

 

Senzor.az bildirir ki, Aİ Xarici İşlər Nazirləri Şurası hər hansı bir qərar qəbul edə bilməyib.

 

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Nazirləri Şurasının toplantısından sonra bildirib ki, nazirlər Gürcüstanla bağlı vizasız rejimin, assosiasiya haqqında sazişin dayandırılması və sanksiyalar daxil olmaqla müxtəlif variantları müzakirə ediblər.

 

Ali nümayəndə qeyd edib ki, “Gürcü Arzusu”nun demokratiyaya hücumları daha da şiddətlənir və Gürcüstanın demokratiyadan uzaqlaşmasının nəticələri olacaq.

 

Aİ Gürcüstan hakimiyyətinə verilən tövsiyələrin yerinə yetirilməsi üçün cari il avqustun 31-dək vaxt verib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.