Azərbaycanın Uraldakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinskinin saxlanılması ilə bağlı təfərrüat məlum olub.
Bu barədə E1.ru məlumat yayıb.
Məlumata görə, Mütvəli Şıxlinskinin evində axtarış aparılacaq.
Hazırda o, 91-ci maddə ilə iki sutkalıq həbsdədir. Bundan sonra məhkəmə olacaq. Saxlanılan şəxsin atası Şahin Şıxlinski gizlənir. Onun barəsində Moskvada cinayət işi açılıb.
**21:20
Azərbaycanın Uraldakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb.
Bu barədə E1.ru məlumat yayıb.
Məlumata görə, iyulun 1-də Şahin Şıxlinski saxlanılarkən Mütvəli Şıxlinski xüsusi təyinatlı əsgərlərdən birini "Gelandewagen" markalı avtomobillə vurub.
Hazırda o, İstintaq Komitəsində dindirilir.