İrəvan regionda nəqliyyat kommunikasiyalarının açılmasında, həmçinin Ermənistandan üçüncü ölkələrə Azərbaycan ərazisi vasitəsilə, əlaqələrin qurulmasında maraqlıdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Biz ikitərəfli əmtəə dövriyyəsində, Ermənistandan üçüncü ölkələrlə Azərbaycan ərazisi vasitəsilə, Azərbaycandan da üçüncü ölkələrlə Ermənistan ərazisi vasitəsilə beynəlxalq əlaqələrin qurulmasında, həmçinin tranzit mübadiləsində maraqlıyıq", - deyə o vurğulayıb.
Baş nazir bildirib ki, Ermənistan kommunikasiyaların açılması məsələsini ərazi bütövlüyü kontekstində nəzərdən keçirir: "Kommunikasiyaların açılması ilə bağlı bütün müzakirələrimizdə vurğulamaq lazımdır ki, biz maraqlarımızı Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası kontekstində təqdim etmişik və təqdim edəcəyik. Biz heç vaxt bu gündəliyə zidd olan müzakirələr aparmamışıq".