
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Qarabağ" Bakıda "Kopenhagen"lə (Danimarka) üz-üzə gəlib.
Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurublar.
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edib.
Hazırda aktivində 6 xal olan Azərbaycan çempionu dördüncü pillədə qərarlaşıb.
Komanda I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2.
Qurban Qurbanovun kollektivi növbəti görüşünü oktyabrın 22-də İspaniyada "Atletik"ə (Bilbao) qarşı keçirəcək.

**09:28

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Senzor.az bildirir ki, Azərbaycan çempionu Liqa mərhələsinin II turunda Bakıda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edəcək.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin ilk turunda Portuqaliyada "Benfika"ya 3:2 hesabı ilə qalib gəlib. "Kopenhagen" isə öz meydanında Almaniyanın "Bayer" klubu ilə heç-heçə edib - 2:2.