Ermənistan parlamentinin 44 günlük müharibənin səbəblərini araşdıran komissiyasının hesabatı dərc ediləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə parlamentin spikeri Alen Simonyan məlumat verib.
Qeyd edək ki, Ermənistanda 44 günlük müharibəni araşdıran komissiya işini başa çatdırıb. Komissiyanın məruzəsi spiker Alen Simonyana göndərilib.