Zelenski iki gündə Trampla iki dəfə telefonla danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla son sutkada ikinci dəfə telefonla danışıb.

 

Senzor.az bildirir ki, bu barədə V.Zelenski “Teleqram” səhifəsində məlumat verib.

 

“Mən indicə ABŞ Prezidenti Donald Trampla iki gündə ikinci dəfə danışdım və bu gün də çox məhsuldar söhbətimiz oldu”, - deyə Zelenski bildirib.

 

Onun sözlərinə görə, oktyabrın 11-də keçirilən danışıqlarda olduğu kimi eyni məsələlər – Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, habelə enerji sektorunun bərpasına köməklik müzakirə edilib. Ukraynanın uzaqmənzilli silahlarla təmin edilməsi də ayrıca müzakirə olunub.

 

"Prezident Tramp baş verən hər şeydən yaxşı məlumatlıdır. Söhbətimizi davam etdirməyə razılaşdıq və komandalar hazırlaşır. Təşəkkür edirəm!", - deyə Prezident əlavə edib.

 

Qeyd edək ki, Zelenski oktyabrın 11-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiyanın enerji sektoruna hücumları qarşısında Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə etdiyini bildirib.

 

ABŞ mediasının məlumatına görə, Ukraynanın yeni “Patriot” hava hücumundan müdafiə raket sistemləri ilə təchiz edilməsinin mümkünlüyü barədə müzakirələr gedir. Bununla belə, tərəflər Amerikanın “Tomaqavk” qanadlı raketlərinin gələcəkdə Ukraynaya mümkün tədarükünü də müzakirə ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.