Gürcüstanda etirazlar yenidən başladı

Gürcüstanda oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkilərindən sonra başlayan etiraz aksiyaları yenidən start götürüb.

 

Bu barədə yerli Teleqram kanalları məlumat yayıblar.

 

Bildirilir ki, aksiyalarda iştirak edən nümayişçilər Gürcüstan bayraqları ilə yanaşı, Avropa İttifaqı, ABŞ və Ukrayna bayraqları da qaldırıblar.

 

Məlumata görə, etirazçılar bir müddət əvvəl Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin iqamətgahının həyətinə daxil olublar. Onlar dəmir baryerləri sındıraraq əraziyə keçiblər. Hadisə yerinə cəlb olunan xüsusi təyinatlı qüvvələr nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqları tətbiq ediblər. Daha sonra iqamətgahın qarşısına əlavə təhlükəsizlik qüvvələri yerləşdirilib.

 

Xatırladaq ki, oktyabrın 4-də Kaxa Kaladzenin üçüncü dəfə Tbilisi meri seçilməsindən sonra ölkədə iğtişaşlar geniş vüsət almışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.