Zelenski İranın hədələrinə CAVAB VERDİ
VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski İranın Xəzər dənizindəki gəmi insidentindən sonra səsləndirilən hədələrə münasibət bildirib və Tehranın Ukraynaya qarşı mümkün hücumu ilə bağlı narahat olub-olmadığını açıqlayıb.

 

Zelenski bu barədə "Sky News" telekanalına müsahibəsində danışıb.

 

Prezident bildirib ki, İran faktiki olaraq müharibənin ilk günlərindən Ukraynaya qarşı hərəkət edir. Onun sözlərinə görə, Tehran Rusiyaya "Şahed" pilotsuz uçuş aparatları, onların istehsal texnologiyaları və digər silahlar təqdim edib.

 

"İran müharibənin ilk ilindən Rusiyaya yeni imkanlar və texnologiyalar verdi. İlk il minlərlə "Şahed" PUA-sı tədarük etdi, daha sonra isə onların istehsalı üçün lisenziya verdi", – deyə Zelenski bildirib.

 

Ukrayna lideri qeyd edib ki, yeni cəbhənin açılmasına yol vermək olmaz. Bununla yanaşı, İran və Şimali Koreyanın artıq faktiki olaraq Rusiyanın tərəfində müharibədə iştirak etdiyini vurğulayıb.

 

"Biz ehtiyatlı olmalıyıq və heç bir halda yeni cəbhənin açılmasına imkan verməməliyik. Amma dürüst olmalıyıq – iranlılar və şimali koreyalılar artıq bizə hücum ediblər", – deyə o bildirib.

 

Zelenski İranın hücumlarını daha da genişləndirməyəcəyinə ümid etdiyini, lakin bütün ssenarilərə hazır olmağın vacibliyini qeyd edib.

 

"Biz bu insanlara etibar edə bilmərik. Çünki heç bir eskalasiya olmadan İran müharibənin əvvəlindən Rusiyanı silahla təmin edirdi", – Ukrayna Prezidenti əlavə edib(Bax: https://www.youtube.com/shorts/Ywc2tmXN-P4).

 

Qeyd edək ki, bundan əvvəl İran Ukraynanı Xəzər dənizində İran bayrağı altında üzən ticarət gəmisinə hücum etməkdə ittiham edib. Tehran bildirib ki, partlayış nəticəsində bir dənizçi həlak olub, daha biri isə yaralanıb.

 

İran hakimiyyəti hadisəni "təcavüz aktı" adlandıraraq milli təhlükəsizliyini qoruyacağını bəyan edib. Bunun ardınca İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini Nazirliyə çağırıb.

 

Daha sonra İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Ukraynanın İran ticarət gəmisinə hücumunun "cavabsız qalmayacağını" bildirib.

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.