Paşinyan Putinə zəng etdi – KRİTİK SÖHBƏT

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Senzor.az Ermənistan mediasına istinadən bildirir ki, tərəflər iki ölkə arasındakı iqtisadi münasibətlərdəki problemləri müzakirə ediblər.

 

N.Paşinyan bildirib ki, erməni mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya hüquqi bazasına və Avrasiya İqtisadi İttifaqının müddəalarına ziddir. O, həmçinin bu məsələlərin həlli üçün tədbirlər görməyə çağırıb.

 

N.Paşinyan, həmçinin ölkə hökumətinin bu məsələləri açıq, tərəfdaşlığa əsaslanan və dostluq dialoqu vasitəsilə həll etməyə hazır olduğunu vurğulayıb.

 

Bundan əlavə, Paşinyan Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi məsələsinə də toxunub: "Referendumun keçirilməsi Ermənistanın Aİ-yə üzvlük üçün rəsmi müraciət təqdim etməsindən sonra mümkün olacaq".

 

Bununla yanaşı, Kremlin mətbuat xidmətindən bildirilib ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub: "Ermənistanda mümkün qədər qısa müddətdə Aİ-yə daxil olmaq və ya bundan sonra da Avrasiya İqtisadi Birliyinin tərkibində qalmaq barədə ümumxalq referendumunun keçirilməsi zərurəti vurğulanıb".

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.