Rusiya səmasında gecə saatlarında
356 UKRAYNA DRONU VURULUB

Rusiya hava hücumundan müdafiə sistemləri iyulun 28-nə keçən gecə ölkənin bölgələri üzərində 356 Ukrayna dronunu vurub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, saat 20:30-dan 06:30-dək Moskva vilayəti istiqamətində 390-dan çox dron uçub. Onların əksəriyyəti paytaxtın kənarında zərərsizləşdirilib, hava hücumundan müdafiə qüvvələri isə Moskvaya yaxınlaşan 81 dronu məhv edib.

 

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə bildirib ki, dronlardan biri Çexov rayonundakı Zemskaya küçəsində çoxmənzilli binaya dəyib. Binanın fasadı və iki mənzili zədələnib, itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.

 

Digər dron açıq əraziyə düşüb və orada təkərlər yanıb. Hadisə zamanı Vaulovo kəndində boş olan fərdi evdə yanğın baş verib. Romaşkino bağçılıq təsərrüfatında dron qalıqları bağ evinə ziyan vurub, lakin xəsarət alan olmayıb.

 

Vorobyovun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri, həmçinin Domodedovo, Podolsk, Ramenskoye və Kolomna üzərində onlarla dronu məhv edib.

 

Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, gecə saatlarında dörd dron məhv edilib. Sasovski rayonunda dron qalıqları bir çox mənzilə ziyan vurub. Bir nəfər yaralanıb və ona tibbi yardım göstərilib.

 

Rusiya mediasının məlumatına görə, Moskva bölgəsinə gecə zərbələri son iki ildə edilən ən böyük hücumlardan biri olub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.