Ukrayna Rusiyanın daha bir neçə strateji obyektini vurdu
VİDEO

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Udmurtiya Respublikasında yerləşən və dövlət ehtiyatlarının saxlanıldığı "Prioritet" kombinatına zərbə endirildiyini bildirib.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Telegram" kanalında məlumat yayıb.

 

Məlumata görə, iyulun 27-si və 28-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın hərbi-iqtisadi potensialını zəiflətmək məqsədilə bir sıra mühüm obyektlərə zərbələr endirib.

 

Bildirilib ki, Udmurtiyanın Borok qəsəbəsində yerləşən Federal Dövlət Xəzinə Müəssisəsi "Prioritet" kombinatı vurulub. Hücum nəticəsində hədəfə dəymə və müəssisənin ərazisində yanğın baş verdiyi qeyd olunub.

 

Ukrayna Baş Qərargahının məlumatına əsasən, "Prioritet" kombinatı Rusiyanın Dövlət Maddi Ehtiyatlar Sisteminə (“Rosrezerv”) daxildir və ciddi mühafizə olunan strateji obyekt hesab olunur. Müəssisə fövqəladə hallar və hərbi ehtiyaclar zamanı istifadə olunmaq üçün yanacaq, neft məhsulları və sürtkü materiallarının uzunmüddətli saxlanmasını təmin edir.

 

Qeyd edilib ki, obyekt Ukrayna sərhədindən 1300 kilometrdən çox məsafədə yerləşir.

 

Baş Qərargah həmçinin bildirib ki, Ukrayna qüvvələri işğal altında olan Krımın İçki yaşayış məntəqəsi yaxınlığında maddi-texniki təchizat anbarına və yanacaq-sürtkü materialları anbarına da zərbə endirib.

 

Bundan əlavə, Luqansk vilayətinin Çervonopopovka yaşayış məntəqəsi yaxınlığında yerləşən pilotsuz uçuş aparatları anbarının da vurulduğu açıqlanıb.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.