Paşinyanın xanımını ölümlə hədələdilər

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan təhdid olunduğunu, hədələyici mesajlar aldığını bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən xəbər verir ki, A. Akopyan bu barədə "Instagram" səhifəsində paylaşdığı videoda danışıb.

 

Baş nazirin xanımı məişət zorakılığı mövzusunda ictimai açıqlamalarından sonra sosial şəbəkələrdə hədələr almağa başladığını deyib.

 

“Ümid edirəm, dövlət xidmətləri belə bir şeyə imkan verməyəcəklər, çünki birinci xanımın şiddətə məruz qalması ölkənin nüfuzuna ciddi zərbə vurar”, - Anna Akopyan vurğulayıb.

 

Son məlumata görə, Ermənistan Baş Prokurorluğundan artıq faktla bağlı araşdırmalara başlanıldığı bildirilib.

 

Xatırladaq ki, bu ilin 27 fevralında Anna Akopyan Nikol Paşinyandan ayrıldığını elan etmişdi. O, Hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi. 

 

Lakin iyun ayında keçirilən parlament seçiləri ərəfəsində Ermənistan mətbuatı Nikol Paşinyanla Anna Akopyanın barışdığı barədə xəbərlər yaydı.

 

Nikol Paşinyanla Anna Akopyan tələbə yoldaşıdırlar. Onlar ilk dəfə 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsində jurnalistika ixtisası üzrə təhsil alarkən qarşılaşıblar.

 

Anna Akopyanın Nikol Paşinyandan 3 yaş kiçikdir - o, 1978-ci il, Baş nazir isə 1975-ci il təvəllüdlüdür.

 

Nikolla Anna həm də iş yoldaşı olublar. 1999-cu ildə Nikol Paşinyan gündəlik "Haykakan Jamanak" (“Ermənistan vaxtı”) qəzetini yaradıb, 2012-ci ilə qədər ona rəhbərlik edib. 2013-cü ildə baş redaktor vəzifəsini onun həyat yoldaşı Anna Akopyan tutub.

 

2018-ci ildə Anna Akopyan "Mənim addımım" xeyriyyə fondu təsis edib və hazırda onun icraçı direktorudur.

 

Anna ilə Nikolun izdivacından 4 uşaq dünyaya gəlib: bir oğlan və üç qız.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.