Tramp Ağ Evdə Zelenski ilə görüşdü - NƏLƏRİ MÜZAKİRƏ ETDİLƏR?
VİDEO

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski bu gün Ağ Evdə görüşüblər. Oval kabinetdə keçirilən görüş zamanı tərəflər Kiyevə "Patriot" zenit-raket kompleksi üçün raketlərin istehsalına lisenziyanın verilməsi imkanını müzakirə ediblər.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna lideri görüşün yekunlarına dair özünün Teleqram kanalındakı səhifəsində yazıb.

 

"Prezidentlə "Patriot" üçün raketlərin istehsalına dair lisenziyaları və bəzi digər ideyaları müzakirə etdik. Həmçinin diplomatiya barədə danışdıq. Diplomatik prosesi (Rusiya və Ukrayna arasındakı münaqişənin nizamlanması üçün - red.) fəallaşdırmaq vacibdir. Komandalarımız gələcək kommunikasiyanın detallarını razılaşdıracaq. Qətiyyətli dəstəyə görə Birləşmiş Ştatlara minnətdaram", - deyə o yazıb.

 

V.Zelenski görüşü müsbət xarakterizə edərək onu "yaxşı" adlandırıb.

 

O, həmçinin bu gün dəfn mərasimi keçirilən senator Lindsi Qremin ölümü ilə əlaqədar Trampa başsağlığı verib: "Prezident Trampa Lindsi Qremin ölümü ilə əlaqədar başsağlığı verdim. O, Ukraynanın əsl dostu idi".







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.