Tehran Hörmüz boğazına yaxınlaşacaq Avropa gəmilərini QANUNİ HƏDƏF ELAN ETDİ

"Hörmüz boğazına yaxınlaşacaq Avropa gəmiləri İran ordusunun qanuni hədəfi olacaq".

 

"Fars" agentliyi xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

 

O qeyd edib ki, Hörmüz boğazı İranın milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib və ölkənin mühüm müdafiə potensialını təcəssüm etdirir. Qəribabadinin sözlərinə görə, boğaz İranın müharibədə əldə etdiyi uğurun əsas amillərindən biridir və onunla bağlı qəbul edilən qərarlar ölkənin təhlükəsizliyinə uzunmüddətli təsir göstərəcək.

 

"Əgər Hörmüz boğazındakı vəziyyət əvvəlki halına qayıtsa, müharibədə əldə etdiyimiz uğur natamam olacaq", - deyə o vurğulayıb.

 

“Report” xatırladır ki, iyunun 18-də ABŞ və İran qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin cəmi bir ay sonra tərəflər arasında qarşılıqlı zərbələr yenidən başlayıb. ABŞ ordusu regionda kommersiya gəmilərinə və amerikalı hərbçilərə qarşı hücumları əsas gətirərək İrana yeni zərbələr endirib. Buna cavab olaraq Tehran ABŞ-ın müdaxiləsi dayandırılanadək Hörmüz boğazının bağlı qalacağını bəyan edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.