
Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS qruplaşması Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayya ilə görüşüb.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, görüş zamanı Xəlil əl-Hayya Qəzza zolağı və İordan çayının Qərb sahilindəki mövcud vəziyyəti diqqətə çatdırıb.
HƏMAS-ın sülh danışıqlarında konstruktiv mövqeyini davam etdirdiyini bildirən əl-Hayya, eyni zamanda, fələstinlilər arasındakı barışıq prosesi barədə də məlumatları bölüşüb.
H. Fidan bildirib ki, Türkiyə Qəzzadakı sülh prosesinə dəstəyini əsirgəməyəcək.
Görüş çərçivəsində digər regional əhəmiyyət kəsb edən məsələlər də müzakirə obyekti olub.