
Ukrayna Silahlı Qüvvələri dronlarla Rusiyanın Tatarıstan Respublikasına hücum edib.
Senzor.az Rusiya mediasına istinadən bildirir ki, hücumun hədəfində Kazan, Zelenodolsk və Nijnekamsk şəhərlərində yerləşən neft emalı zavodları və anbarlar olub.
Zelenodolsk şəhərinin meri Mixail Afanasyev bildirib ki, Ukrayna Silahlı Qüvvələri logistika mərkəzinə hücum edib.
Bundan əlavə, Ukrayna ordusu Dağıstan Respublikasının Kaspiysk limanına da hücum həyata keçirib. Həmin limanda Xəzər Hərbi Donanmasının bazası yerləşir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında ölkənin bölgələri üzərində 371 Ukrayna dronu zərərsizləşdirilib. Volqoqrad, Rostov vilayətləri və Krasnodar da daxil olmaqla, Rusiyanın 11 bölgəsi vurulub. Rusiyanın Qara və Azov dənizlərindəki hədəflərinə də hücum edilib(Bax: https://www.youtube.com/shorts/N9R3uXjdXeQ; https://www.youtube.com/shorts/XX3X5BarGt0).
)