
Fransa Seutadakı miqrant böhranını nəzərə alaraq İspaniya ilə sərhədə qoşun, təyyarə və dron yerləşdirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial media hesabında məlumat verib.
Fransa lideri xatırladıb ki, Şengen zonasında sərbəst hərəkət Seutaya şamil edilmir. O, həmçinin vəziyyətin gərginləşməsi fonunda İspaniya ilə həmrəyliyini ifadə edib.
Böhranla bağlı İtaliya artıq İspaniya ilə Şengen sazişini birtərəfli şəkildə dayandırıb.
“Pais” qəzetinin məlumatına görə, İspaniyanın Seuta şəhərinə çatmağa çalışarkən ölən miqrantların sayı 57-yə çatıb.
İspaniya Daxili İşlər Nazirliyi, həmçinin 37500 qanunsuz miqrantın Mərakeşə qayıtdığını açıqlayıb.