
İran öz infrastrukturuna potensial ABŞ-İsrail hücumlarına qarşı hərtərəfli cavab planı hazırlayıb.
Bunu "Tasnim" agentliyiniə yüksəkvəzifəli İran nümayəndəsi bildirib.
O, ABŞ mediasının mümkün zərbələr barədə xəbərlərini "dəlilik" adlandırıb və xəbərdarlıq edib ki, Tehran cavab tədbirlərinə tam hazırdır.
Rəsmi qeyd edib ki, İranın cavabı regiondakı ABŞ enerji infrastrukturunu əhatə edir.
Daha əvvəl məlumatlı mənbələrə istinadən "CBS News" telekanalı bildirmişdi ki, Birləşmiş Ştatlar və İsrail İranın enerji infrastrukturu obyektlərinə son vaxtların ən genişmiqyaslı bombardmanlarından birini planlaşdırır.