
Vaşinqtonla Pekin arasında istənilən iqtisadi və ya hərbi qarşıdurma bütün dünya üçün böyük fəlakətlə nəticələnə bilər.
Bunu ABŞ-ın dövlət katibi Mark Rubio "Fox News" telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, yaranmış mürəkkəb vəziyyət diqqətlə idarə edilməli və ABŞ-ın milli maraqları qurban verilməməlidir: "Biz bu prosesləri tənzimləməliyik, amma dövlət maraqlarımızdan da əl çəkə bilmərik. Xarici siyasətin ən çətin işi də elə budur".