Belarus Ukrayna ilə sərhəddə yeni desant-hücum briqadası formalaşdırır
VİDEO

Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Ukrayna ilə həmsərhəd Qomel vilayətində yaradılan 37-ci desant-hücum briqadasının formalaşdırılması prosesini başa çatdırır.

 

Bu barədə "VoenTV"yə Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aleksandr İlyukeviç məlumat verib.

 

Belarusun cənubunda, Qomel yaxınlığında yeni briqadanın yaradılmasına 2025-ci ilin avqustunda başlanıldığı elan edilib. Həmin vaxt Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsini tutan general-mayor Vadim Deniseko bildirmişdi ki, bu addım cənub sərhəd istiqamətinin gücləndirilməsi məqsədilə atılıb.

 

Aleksandr İlyukeviç deyib ki, artıq bir sıra hərbi hissə və bölmələr formalaşdırılıb: "Artıq şəxsi heyət hərbi xidmətə çağırılıb, zabit heyəti komplektləşdirilib və onların təyinatı üzrə istifadəyə hazırlanması istiqamətində planlı hazırlıq prosesi davam edir. Gələn il isə bu bölmələrin və hərbi hissələrin daimi dislokasiya məntəqələrinə köçürülməsini planlaşdırırıq".

 

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Aleksandr Sırski iyun ayında Belarus ərazisindən mümkün hücum ehtimalı barədə danışmışdı. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Baş Qərargaha müxtəlif hücum variantlarını, o cümlədən Belarus ərazisindən mümkün əməliyyat ssenarisini nəzərdən keçirməyi tapşırıb.

 

Ukrayna Prezidenti Vladimir Zelenski də Belarus istiqamətində sərhəd ərazilərində qeyri-adi fəallığın müşahidə edildiyini açıqlamışdı. Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri vəziyyəti diqqətlə izləyir və zərurət yaranacağı halda cavab verməyə hazırdır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.