
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda 113 kiloqrama yaxın heroinin Azərbaycan ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.
Senzor.az bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlanılıb. Risk əlamətləri müəyyən edildiyindən yük ətraflı gömrük baxışına cəlb olunub.
Yoxlama zamanı narkotik vasitə 1 218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində, xüsusi üsulla gizlədilmiş vəziyyətdə aşkarlanıb.
Müəyyən edilib ki, çətinləşdirilmiş gizlətmə üsulundan istifadə olunmaqla daşınmağa cəhd edilən heroinin xalis çəkisi 112 kiloqram 761,757 qramdır.
Faktla bağlı araşdırma aparılır.




