Qalibaf: Mühasirəni yaracaq və Trampa peşman olacağı cavabı verəcəyik

“ABŞ-ın İrana qarşı dəniz blokadası tətbiq etmək, hava dəhlizlərini bağlamaq və ölkənin ticarət arteriyalarına maksimum təzyiq göstərmək cəhdləri hərbi addımlarla iflasa uğrayacaq”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

 

Spiker ABŞ-ın İrana qarşı tətbiq etdiyi mühasirənin mütləq yarılacağını bəyan edib: “İran xalqını heç vaxt mühasirə və təhdidlərlə qorxutmaq olmaz. Əgər düşmənin - Amerikanın hesablama aparatı bu fundamental həqiqəti anlamasa, İran xalqından ağır zərbələr alma dövrəsindən çıxa bilməyəcək. ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı son məsuliyyətsiz çıxışları və İran xalqına hörmətsizlik  etməsi göstərdi ki, hələ də davranışlarını dəyişməyiblər və belə hörmətsizliklərə qarşı bizim cavabımız bəllidir”.

 

Qalibaf bildirib ki, İran ABŞ-ın hədələri, sanksiyaları və blokadası qarşısında geri çəkilməyəcək: “İranın istənilən təcavüz və avantüraya cavabı sərt, peşmançılıq doğuran, dəqiq və sürətli olacaq”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.