Sabahdan İran və İraq arasında aviareyslər bərpa olunacaq - NƏCƏF HAVA LİMANINDAN GÜNDƏLİK 40 UÇUŞA İCAZƏ VERİLİB

İran və İraq arasında qarşılıqlı aviareyslər sabahdan etibarən bərpa ediləcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Mülki Aviasiya İdarəsinin rəhbəri Əbuzər Şirudi deyib.

 

Belə ki, Şirudi iki ölkə arasında hava nəqliyyatının oktyabrın 4-dən etibarən yenidən fəaliyyət göstərəcəyini bildirib.

  

Qeyd edək ki, İraq ABŞ-ın İrana qarşı tətbiq etdiyi mülki aviasiya sanksiyalarının bir hissəsi çərçivəsində İrandan Bağdad və Nəcəfə uçuşları dayandırmışdı.

 

Daha sonra İraq hökuməti İran aviaşirkətlərinin Nəcəf Beynəlxalq Hava Limanından uçuşları bərpa etməsinə imkan verən istisna ilə bağlı Vaşinqtonla razılığa gəldiyini açıqladı.

 

Daha dəqiq desək, ABŞ İraq hökumətinin müraciətindən sonra İran aviaşirkətlərinin Nəcəf Beynəlxalq Hava Limanından gündəlik 40 reys həyata keçirməsinə icazə verib.

 

İraq Baş nazirinin ofisinin yaydığı məlumata görə, icazə “Mahan” aviaşirkətinə şamil olunmur. Qərarın əsasən humanitar, müalicə, təhsil və dini ziyarət məqsədilə səfərlərin asanlaşdırılmasına xidmət etdiyi qeyd olunub. İstisna bir ay müddətinə verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.