Yaponiya nüvə silahı ilə bağlı qadağanı ləğv edə bilər

Yaponiya Baş naziri Sanae Takaiçi Tokionun nüvə silahına sahib olmayacağını, istehsal etməyəcəyini və ya idxal etməyəcəyini nəzərdə tutan üç qeyri-nüvə prinsipinə ciddi şəkildə riayət etməyə davam edib-etməyəcəyi ilə bağlı suala dəqiq cavab verməkdən imtina edib.

 

“Teleqraf” xəbər verir ki, parlamentin aşağı palatasında keçirilən müzakirələr zamanı o, sadəcə hökumətinin ilin sonunda qəbul etmək niyyətində olduğu yeni təhlükəsizlik sənədlərinin məzmunu ilə bağlı fərziyyə irəli sürməyəcəyini bildirib.

 

Hazırda Kabinet ekspertlərlə birlikdə mətnin hazırlanması ilə məşğuldur. Bəzi ekspertlər üç qeyri-nüvə prinsipinin yenidən nəzərdən keçirilməsini və nüvə sualtı gəmilərinə sahib olmağın tərəfdarıdırlar. Yaponiya müdafiə naziri Şinjiro Koizumi əvvəllər dəfələrlə bu məsələ ilə bağlı açıq müzakirəyə çağırıb.

 

Takaiçi hökumətinin üç qeyri-nüvə prinsipinə riayət etdiyini bəyan etsə də, Tokiodakı hazırkı müzakirələr fonunda gələcəkdə bu siyasətin davam edib-etməyəcəyi məlum deyil.

 

Yaponiyanın üç qeyri-nüvə prinsipi qanunla rəsmiləşdirilməyib, hökumətin qərarı ilə dəyişdirilə bilər. Baş nazir seçilməzdən əvvəl Takaiçi ABŞ ilə hərbi ittifaqın çəkindirici gücünü artırmaq məqsədilə Amerika nüvə silahlarının idxalına qoyulan qadağanı ləğv etməyi düşünürdü.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.