Rusiyanın neft və qaz gəlirləri Qərbin sanksiyalarına rəğmən nəinki azalmır, əksinə onun sayəsində artır.
Senzor.az bildirir ki, bunu iqtisadi mövzular üzrə ixtisaslaşmış fransız jurnalist və yazıçısı Fransua Lenqle RTL telekanalının efirində deyib.
“Rusiya sözün əsl mənasında pul gölündə üzür... Özü də nə qədər qəribə olsa da, Qərbin neft və qazın qiymətini qaldıran, bazar spekulyasiyasını ortaya çıxaran sanksiyaları sayəsində. Daha yüksək qiymətlərlə daha az həcmdə neft və qaz, bu daha çox pul deməkdir”, - Lenqle bildirib.
Onun sözlərinə görə, Qərbin neft və qaz alıcıları pula qənaət etmək üzərində düşünərək, öz ölkələrində artan inflyasiya ilə mübarizə apardıqları və necə deyərlər, kəmərlərini sıxmaq məcburiyyətində qaldıqları bir vaxtda Rusiya enerji məhsullarının satışından böyük pullar qazanır. “Avropa ölkələri fevralın 24-dən Putinə 86 milyard avrodan çox pul ödəyiblər... Bu, hər saniyədə 3700 avro deməkdir. Mən bir dəqiqə yarımdır danışıram, bu müddət ərzində Avropadan Rusiyaya artıq 300 min avrodan çox pul gedib, mən hələ digər ölkələrli demirəm”, – jurnalist vurğulayıb.
Senzor.az