Ukraynalıların üç gün ərzində vəsait toplayaraq almaq istədikləri üç ədəd “Bayraktar TB2” PUA-sı artıq bu ölkəyə çatdırılıb.
Rbc.ua bildirir ki, bu barədə Türkiyənin “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraktar məlumat verib.
Onun sözlərinə görə, şirkət dronları Ukrayna xalqına pulsuz olaraq bağışlamağa qərar verib.
Türkiyəli sahibkar onu da qeyd edib ki, şirkət Polşada pulu yığılan pilotsuz uçuş aparatını 1-2 ay ərzində Ukraynaya çatdırmağı planlaşdırır. Çox güman ki, bu, oktyabrda baş verəcək.
Xatırladaq ki, Sergey Pritula Fondu “Bayraktar”ların alınması üçün yığım kampaniyası elan edib. Üç gün ərzində ukraynalılar lazımi vəsaiti toplayıblar. Bununla belə, istehsalçı şirkəti Ukraynanı pulsuz olaraq PUA-larla təmin edəcəyini bildirib.
Üç “Bayraktar”ın alınması üçün toplanan vəsait qarşılığında ICEYE şirkətindən peyk alınıb.