"Biz Rusiya qazından ABŞ və ya Norveç, Azərbaycan, Əlcəzair və digər etibarlı təchizatçılara keçid üzərində çox çalışırıq. Əslində bu gün Norveç Avropa İttifaqına Rusiyadan daha çox qaz verir".
Senzor.az bildirir ki, bunları Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen deyib.
O qeyd edib ki, Rusiya etibarsız təchizatçıdır və qaz bazarını aktiv şəkildə manipulyasiya edir. Onun sözlərinə görə, son altı ayda onlar Rusiyanın iqtisadiyyata və qitəyə təsirini xeyli zəiflədə biliblər. Bununla bağlı üç addım atılıb: birincisi - tələbatın azaldılması, ikincisi - Rusiyanın enerji resurslarının mərhələli şəkildə ləğv edilməsi, üçüncüsü isə bərpa olunan enerji mənbələrinə kütləvi şəkildə investisiya qoyuluşudur.
Avropa Komissiyasının rəhbəri mövcud vəziyyətin elektrik enerjisi bazarına təsirini də qeyd edib: "Hazırda biz ev təsərrüfatları və şirkətlər üçün elektrik enerjisinin astronomik qiymətləri, eləcə də böyük bazar dəyişkənliyi ilə üzləşirik. Ona görə də biz dərhal beş fərqli paket təklif edəcəyik".