Azərbaycan tərəfi Türkiyə istehsalı olan qumbaraatana maraq göstərir.
APA-nın xəbərinə görə, silahı istehsal edən şirkətin sahibi Səlim Akdaş bildirib ki, qumbaraatanların ixracına hazırlaşırlar.
O qeyd edib ki, qumbaraatana dost və qardaş ölkələr də maraq göstərir. Səlim Akdaş məhsula 20-dən çox ölkədən tələbatın olduğunu əlavə edib: “Hazırda Azərbaycanla da danışıqlar aparırıq. Altı barabanlı qumbaraatan üçün tələbat var. Milli Müdafiə Nazirliyimiz məqsədəuyğun hesab edərsə, bunu həmin ölkələrə veririk. Yəni, hər rastımıza çıxan bizdən silah ala bilməz. Türkiyənin dost və qardaş ölkələrinə göndərə bilirik. Altı barabanlı model 400 və 800 metr mənzillidir. Azərbaycan bunu istəyir, danışıqlar gedir”.