Putin rəsmi Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə çağırdı

"Rusiya rəsmi Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatların müddəalarına riayət etməyə çağırır".

 

Bunu Prezident Vladimir Putin xarici dövlətlərin Rusiya Federasiyasına yeni təyin olunmuş səfirləri ilə görüşündə deyib.

 

"Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyətin olması bizi ciddi narahat edir. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarına əməl etməyə çağırırıq", - Putin bildirib.

 

Rusiya lideri vurğulayıb ki, mübahisəli ərazi məsələlərini məsləhətçi qismində Rusiyanın köməyi ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində birgə həll etmək lazımdır.

 

“Report” bildirir ki, Putin rəsmi Bakı ilə İrəvan arasında gərginliyin azaldılması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xətti ilə tədbirlər görüldüyünü də diqqətə çatdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.