Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfər edib.
Senzor.az bildirir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Zasın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək və deeskalasiya ilə bağlı təkliflər hazırlamaq üçün İrəvana gediblər.
Missiyaya təşkilata üzv dövlətlərin KTMT-nin işçi orqanlarının əməkdaşları olan nümayəndələri daxildir.