Hazırda işğaldan azad edilmiş Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir.
Senzor.az-ın məlumatına görə, Baş Prokuror Kamran Əliyev tədbirdə açılış nitqi ilə çıxış edib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.