Erməni katolikos eks-prezidentləri bir araya gətirir
PAŞİNYANA DƏSTƏK?

Ermənistanın üç sabiq prezidenti - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın birgə görüşü keçiriləcək. Bu gün və ya sabah reallaşacaq görüşün bütün ermənilərin katolikosu II Qareginin vasitəçiliyilə baş tutacağı gözlənilir.

 

Bu barədə “Hraparak” qəzeti  məlumat yayıb.

 

Eks-prezidentlərin Eçmiədzin Kilsəsində görüşəcəkləri bildirilir.

 

“Mövzu məlumdur: Ermənistanın çətin vəziyyəti və bu vəziyyətdən çıxış yollarının axtarışı”, - deyə qəzet yazıb. 

“Hraparak” onu da bildirib ki, Ermənistan ictimaiyyətinin bir hissəsi sabiqlərin hakimiyyət dəyişikliyi həyata keçirib, ölkənin idarəçiliyini ələ alacağına böyük ümid bəslədiyi halda, ekslərin məsələyə münasibəti fərqlidir.


Belə ki, Robert Köçəryan və Serj Sarkisyan hazırkı Paşinyan iqtidarını qətiyyətlə rədd edərək, onun devrilməsində maraqlıdırlar, amma Levon Ter-Petrosyan belə düşünmür.

 

“Levon Ter-Petrosyan qarşıdurmaya getsək və Azərbaycanla sülhə razılaşmasaq, Ermənistanın hansı təhlükələrlə üzləşəcəyini başqalarına izah etməyi qarşısına vəzifə qoyub və buna görə də ictimaiyyəti mövcud hakimiyyətə dəstək olmağa inandırmaq istəyir”,- deyə məlumatda qeyd edilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.