KTMT-nin baş katibi Ermənistanın Azərbaycanla sərhəd bölgəsində olub

KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya cümə axşamı Ermənistanla Azərbaycan sərhədində yerləşən əraziyə baş çəkib.

 

TASS bildirir ki, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

 

“Sentyabrın 22-də KTMT-nin baş katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistandakı missiyası çərçivəsində Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Vayodzor vilayətinin sərhəd bölgəsinə səfər edib”, - məlumatda bildirilib.

 

Qeyd olunub ki, Zas Ermənistan ordusunun sərhəddəki bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb, həmçinin döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçularla söhbət edib.

 

Xatırladaq ki, KTMT missiyasının qarşısında mövcud vəziyyəti qiymətləndirmək, KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyətlə bağlı hesabat və Ermənistan-Azərbaycan sərhədində müəyyən ərazilərdə gərginliyin azaldılması üçün təkliflər hazırlamaq vəzifəsi durur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.