Gürcüstan hakimiyyəti sentyabrın 26-dan ruslar üçün sərhədi bağlaya bilər.
Senzor.az bildirir ki, bunu müxalifətçi deputat Nona Mamulaşvili “Freedom” telekanalının efirində deyib.
Onun sözlərinə görə, Rusiya vətəndaşlarını həm də “daha sərt yoxlamalar” gözləyir.
“Gürcüstan hökuməti rusların bu kütləvi axınının qarşısını almaq üçün indiyədək heç nə etməyib. Bizə izah etdiklərinə görə, bazar ertəsi (26 sentyabr) onlar (hakimiyyət orqanları) sərhədləri bağlayacaqlar. Onların indiki mərhələdə edə biləcəyi yeganə şey budur”, - Mamulaşvili bildirib.
O əlavə edib ki, sentyabrın 26-dan etibarən Rusiya Federasiyasının vətəndaşı olan 18 yaşdan 55 yaşadək kişilər sərhədi keçə bilməyəcəklər.
Parlamentari hesab edir ki, Gürcüstanda çoxlu sayda rusların olması ölkənin milli təhlükəsizliyinə birbaşa təhdiddir.
Senzor.az