Türk Hava Yollarının (THY) markası olan AnadoluJet İzmirdən Bakıya uçuşlara başlayıb.
Senzor.az bildirir ki, bu barədə THY mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iyunun 16-dan etibarən İzmir Adnan Menderes Hava Limanı ilə Heydər Əliyev Beynəlxalq Aeroportu arasında həftədə üç gün qarşılıqlı uçuşlar həyata keçiriləcək.
THY baş direktorunun kommersiya üzrə müavini Kərəm Sarp yeni uçuş nöqtəsi ilə qardaş Azərbaycanla əlaqələri daha da gücləndirməkdən məmnunluğunu ifadə edib. “Bir millət, iki dövlət olaraq gördüyümüz qardaş xalqları paytaxt Bakıya İstanbul və Ankaradan sonra İzmir üzərindən bağlanaraq salamlayırıq. Bununla Türkiyə ilə Azərbaycan arasında ticari və mədəni dostluğun möhkəmlənməsinə də imkan yaradırıq”, - deyə Kərəm Sarp vurğulayıb.
AnadoluJet-in İzmir-Bakı reysləri ilə bağlı ətraflı məlumatı "anadolujet.com" internet ünvanından əldə etmək olar.