ABŞ-ın Dövlət katibi Çinə gedib

ABŞ Dövlət katibi Antoni Blinkenin Çin Xalq Respublikasına səfəri başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Entoni Blinkenin artıq çinli həmkarı Çin Qan ilə görüşdüyü bildirilir.

 

İki gün davam edəcək səfər zamanı keçirilən görüşlərdə ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunacaq.

 

Qeyd edək ki, dünyanın iki ən böyük iqtisadiyyatına malik ölkələri olan ABŞ və Çin arasında Tayvan məsələsi, Ukrayna mövzusu, Koreya yarımadasındakı gərginlik, ticarət mübahisələri, ABŞ-ın Asiya-Sakit okean regionunda hərbi iştirakının çoxalması da daxil olmaqla, bir çox sahədə ciddi fikir ayrılıqları var. Hər iki ölkənin özünü haqlı bildiyi əsaslı və davamlı mövqeyi, hər ölkənin “qırmızı xətləri” var. Bu baxımdan Çin-ABŞ təmasları tərəflər arasındakı rəqabətin məsuliyyətli formada idarə edilməsinin və maraqların toqquşmadığı yerlərdə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.